14 Kasım 2016 Pazartesi

Tarixdəki ən maraqlı və qəribə 'müqəddəs əmanətlər'




Floransa Müzesi'nde Galileo'nun parmağıImage copyrightALAMY

Dinlər hər zaman özləri üçün əhəmiyyət daşıyan insanların qalıqlarını müqəddəs əmanət saymışdır. Lakin Eynşteynin gözlərindən Napolyonun penisinə qədər maraqlı dünyəvi əmanətlər də var.
Ölümdən sonra həyat mövzusundakı düşüncəniz nə olursa olsun, öldükdən sonra bədəninizin bir qisminin internetdə satışa çıxarılmasını istəməzsiniz güman ki.
Qısa bir müddət əvvəl bir hərrac saytındakı siyahıda Katolik bir əzizin sümük qalıqlarına rast gəlinməsi üzərinə şikayət edilmiş və öldükdən sonra fiziki qalıqların müqəddəs sayılması problemi yenidən gündəmə gəlmişdi.
Hörmətli insanların qalıqlarının ticarətini etmək yeni bir şey deyil. Əsrlər boyunca bu cür qalıqları görmək, toxunmaq ya da hüzurunda dua etmək adına ziyarətləri gedilmişdir
Bu gün də Budda'nın dişinin Sri Lankada bir məbəddə, Məhəmməd Peyğəmbərin saqqalının İstanbulda Topkapı Sarayında, İsanın göbək bağının Romada bir bazilikada saxlandığına inanılır və çox sayda insan bunları görməyə gedir.
Bunların yanında bir də dinlə əlaqəsi olmayan insanların qalıqlarına maraq göstərənlər var. Elə bu tarixi fiqurlardan beşinin qalıqları ...



Floransa Müzesi'nde Galileo'nun parmağıImage 
Image captionQalileonun Floransa Elm Tarixi Muzeyində sərgilənən barmağı

Galileonun barmağı
İtaliya, İyun 2010-cu ildə mədəni tarixin ən maraqlı görüşmələrində birinə şahid oldu. İntibah dövrü Astronomların Qalileo Qalileyin baş barmağı və orta barmağı, Floransa Elm Tarixi Muzeyi tərəfindən satın alınaraq muzeydə nümayiş etdirilən dişinin və barmağının yanına yerləşdirildi.
1737'de Qalielonun cəsədi bir məzardan bir başqasına daşınarkən düşən barmaqları, dişi və omuru, dahi tilsimini daşımaq istəyənlər tərəfindən oğurlanmışdı.
Qalileonun bu qalıqları, icadı olan Teleskopun yanında sərgilənir. Səma haqqında özündən əvvəlki alimlərdən daha çox məlumat əldə edən Qalileonun Muzeydəki bu qalıqları dünyanın bir çox yerindən ziyarətçi çəkir.



Napolyon BonaparteImage 
Image captionNapoleon Bonapartın öldükdən sonra penisinin kəsilərək saxlandığına və nəsildən nəsilə köçürüldüyünə inanılır.

Napolyon'un penisi
Bu cür qalıqlara yalnız xalqa açıq muzeylərdə rast gəlinmir. Bəziləri xüsusi insanlarca saxlanılır. Napolyon Bonaparte'ın penisi də bunlardan biridir. Fransız komandirin 1821də St Helena adasında ölümündən sonra yarılma əsnasında bir İngilis cərrah tərəfindən penisinin kəsildiyi iddia edilir. İngiltərə Waterloo Döyüşündə Fransanı məğlub edincə 1815də Bonaparte'ı adaya sürgünə göndərmişdi.

Napolyonun kəsildiyi deyilən penisi nəsildən nəslə keçdi. 19. əsrdə bir İtalyan rahibin, 20. əsrdə Londonlu bir kitabçının, 1969-cu ildə isə 2900 dollara satın alan Amerikalı bir üroloqun əlinə keçdiyi və 2007-ci ildə ölənə qədər yatağının altındakı bir çamadanda saxladığı deyilir.

Bu adamın tarixi əhəmiyyəti olan şəxslərə aid obyektləri ehtiva edən kolleksiyası (Nasist lider Hermann Göring'in intihar edərkən istifadə etdiyi siyanür kapsulasının da bunlar arasında olduğu deyilir) İyun 2016da hərrac ilə Argentinalı bir kolleksiyaçıya satıldı.





Albert Einstein'ın beyninden kesitlerImage copyrightMəşhur fizikist Eynşteynin ölümündən sonra araşdırmaq üzrə beyni çıxarılarkən gözləri də saxlanmışdır.

EINSTEIN'IN GÖZLERI
Məşhur Alman fizikaçı Albert Eynşteynin gözləri 1955-ci ildə ölümündən sonra bədənindən ayrılmışdı. İndi New Yorkda xüsusi bir kirayəlik kassada saxlandığı təxmin edilir.
Eynşteynin beyni araşdırılmaq üzrə çıxarılarkən gözləri də çıxarılmış və saxlaması üçün məşhur fizikaçının göz həkimi Henry Abrams'a verilmişdi. Abrams 2009-da öldü. Eynşteynin gözlərinin hərracda satılmaq üzrə siyahıya alınması gözlənilir.



Thomas Edison'un son nefesini içeren tüpImage copyrightAmerikalı ixtiraçı və iş adamı Tomas Edisonun son nəfəsini ehtiva etdiyi iddia edilən bir balon HENRY FORD Muzeyində sərgilənir.

EDISON'UN 'SON NƏFƏSİ'
Michigandakı Henry Ford Muzeyində isə mühafizə edilə bilməyəcək olan bir şeyi saxlama sevdasının ən yaxşı nümunələrindən biri sərgilənir. Burada, ağzı göbələk tıpayla bağlı bir təcrübə balonunda, Amerikalı ixtiraçı Tomas Edisonun son nəfəsinin olduğu iddia edilir.
Gramofonun qabaqcılı və elektrik lampası kimi kəşfləri olan Edison 1931-ci ildə New Jerseydə öldüyündə, doktoru son nəfəsini ehtiva edir deyə otağındakı bir açıq lampanı bağlayaraq saxlamışdı. Oğlu Charles isə bu balonu saxlaması üçün Edisonun ortağı avtomobil nəhəngi Ford'a vermişdi.



Meksikalı devrimci Panço VillaImage copyrightMeksikalı inqilabçı Panço Villa 1923-cü ildə pusquya salınaraq öldürülüb.

Panço Villanın işarə barmağı
Məşhurlara aid bir əşyanı mühafizə etmə ehtirası bəzən saxtakarlıqlara da səbəb olur. 2011-ci ildə belə problemli bir şey Texasdakı El Paso'da ortaya çıxdı. Bir sələmçi dükanı (Dave s Pawn Shop), Meksikalı inqilabçı Panço Villanın işarət barmağına sahib olduğu iddiasıyla reklamını edirdi.
Yaşayarkən Villanı tutmaq asan olmamışdı. Ölümündə də bədənini tamamilə ələ keçirmək mümkün olmadı. Bir çox adam, 1923-cü ildə pusquya salınaraq öldürülən Villanın 1926-cı ildə açılan məzarından çıxarılan və güllə deşikləriylə olan kəllənin özlərində olduğunu iddia edir.
Bir insanı bir başqasının fiziki bir parçasını yadigar olaraq saxlamağa itələyən şey nədir, anlamaq çətindir. Bəlkə bu parçalar həyat dalğasını çatdıran kanallar olaraq görülür. Bəlkə də ölümü uzaq tutacaq bir totem olaraq tutulmaq istənirlər.
Eynşteynin göz həkimi 1994də verdiyi bir reportajda belə demişdi: "Onun gözlərinə sahib olmaq Eynşteynin həyatının sona çatmadığı mənasını verir. Bir hissəsi hələ də məndədir."

Hiç yorum yok:

Yorum Gönder