2 Mayıs 2016 Pazartesi

Məhbus

Bir dostum varıydı. Adı Samir idi,indi isə həbsdədir. Həqiqətən çox fərqli düşüncədə biri idi tək fərqi isə çox qızla sevgili olmağı idi. Səbəbini soruşdum bir gün oda, içimdə bir parça əksikdi. Özümü biləndən bəri əksik bir parçadan danışıram. Bilirəm o qızlar səhv idi ama o içimdəki əksik parçanı kimdəsə tapmaq istəyirdim həmişə. Ancaq heçkəsə tapa bilməmişdim. Bir gün Samirin yanına təcridxanaya getmişdim. Bizim hərbi hissə onların Həbsxanasına nəzarət edirdi. Samir ora gələndə 21 yaşı var idi,qəsdən adam öldürməyə görə ömürlük həbs vermişdilər. 1 nəfəri öldürmüşdü. O həbsxanaya gətirələndə mənim hələ 23 yaşım var idi,leytenant idim onda. İndi mənim 45 onun isə 43 yaşı var. İlk gəldiyi gündən onda fərqli nəsə olduğunu hiss etmişdim. Mənə görə orda,həbsdə olsalarda onlarda insan idi. Onlarla söhbət edir,çöldən nəsə istəyib istəmədiklərini soruşur və gətirə bildiklərimi gətirirdim. Samir isə hər həftə mənə bir vərəq verirdi. Orda qələm, boyakar, kağızlar, fırça və kitab adları olurdu həmişə. Alıb gətirərdim oda hər səfərində buna görə minnətdar olduğunu bildirərdi. İşimin son günü idi. Ürəyimdəki problemlərə görə artıq hərbidən uzaqlaşırdım. Son gün onu otağıma çağırdım və son günüm olduğunu,onunla söhbət eləmək istədiyimi dedim. Axı biz 20 illik dost idik. Oda sözümü yerə salmayıb gəldi əlində isə kiçik bir paket var idi. Onunla həyatından söhbət eləmək istədiyimi dedi. Mənə cavanlığından danışdı. Atasının imkanlı biri olduğunu,özünün xaricdə təhsil aldığını,şəhərin mərkəzində bir neçə yerləri olduğunu dedi. Ancaq ailəm məndən üz döndərib,yanıma isə hər həftə sadəcə balaca qardaşım gəlir dedi. Sonra çayından bir qurtum alaraq,siqaret çəkə bilərəm? Dedi məndə əlbəttə deyərək onayladım. Siqaretini yandırdı,ağır hərəkətlə bir tüsdü alıb yenidən küllüyə qoydu və çayından bir qurtum daha alaraq dərindən nəfəs aldı. Bax əziz dostum dedi. Gəncliyim hədər olub ama peşmançılıq hissi yoxdu içimdə. O vaxtlar cavan idim,gündə bir qızla sevgili olur,ürəyim sıxılıncada ayrılırdım. Əslində içimdəki məni,yəni tanrının mənə bəxş elədiyini axtarırdım. Öz ruhumu,özümü axtarırdım. Qızlarla sevgili olub ayrılmağımda ondan idi. Bir gün xaricdə olanda bir qızla tanış oldum. Qız Azərbaycanda yaşayırdı. İlk öncələr sadəcə xoşlantıydı hissim ama söhbət elədikcə, əslində illərdir axtardığım mən o qız olduğunu anladım. Sonra siqaretindən bir tüstü daha alaraq söhbətə davam elədi. Danışdıqca gözləri dolurdu. Bax dostum dedi cibindən bir çəkil çıxardaraq mənə uzatdı. Köhnə, əzilmiş bir şəkil idi. Şəkildə çox gözəl bir qız var idi. İnanın mənə qız o qədər gözəl idi ki gözümü ala bilmədim ondan. Möhtəşəm bir gülüşü,gülərkən çıxan almacıq sümükləri, gözləri o qədər gözəl idi ki,zənn edərsiniz tanrı bu qızı özəl bir günündə yaratmışdı. Sonra söhbətinə davam elədi. Bu qızla danışmağa başladıq,uşaq ruhlu,güləndə hər şeyi unutmağa səbəb olan biri idi. Gözlərinə baxanda bütün kainatı görə bilir, hər gün onu qucaqlayın öpə bilmək üçün vaxtın tez keçməsini istəyirdim. Hər gün danışırdıq və onla danışanda üzümdə sərsəm bir gülümsəmə peyda olurdu. Axır ki Bakıya gəldim. İlk dəfə onla görüşməyimiz şans əsəri oldu. Onla sabah görüşəcəyimiz barəsində danışdıq ancaq həmən günü şans əsəri görüşdük. İnan mənə dostum onu ilk gördüyümdə öləcək kimi oldum,hər şey dondu bir anlıq, ürək atışlarımı hiss eləmirdim və bədənimdən soyuq bir tər axırdı. Bir müddət belə keçdi. Tez tez görüşür görüşəndə isə bir birimizi qucaqlayaraq oturur çox az söhbət edirdik. Bir gün evdə tək idi məndə axşam onlara gedəcək, onu götürərək gəzməyə çıxacaqdıq. Evə gəldim,qapını döydüm ancaq açan olmadı. Sonra qapının altında açarı gördüm və qapını açıb içəri girdim. Evdə heçkəs yox idi. Ona nəsə olacağından narahat olmağa başladım və yataq otağı tərəfə keçdim. Yataqda bir qız və bir oğlan vardı. İkisidə yarıçılpaq uzanmışdılar. Bu sözləri mənə deyərək siqareti arxa arxaya çəkməyə başlayır. Sonra ağlayaraq yataqdakılar ən yaxın dostum və o sevdiyim qız idi. Öpəndə belə incinməsin deyə yavaş öpdüyüm, qucaqlayanda qoxusu üstümdə qalsın deyə uzun müddət qucaqladığım bir qız indi dostumla bir yataqda idi. Dostum oyandı və məni gördü. Gülümsəyərək qızı öpdü sanki mən orda yoxam kimi,sanki o qız mənim sevgilim deyilmiş kimi. Qızda oyandı ancaq heçbir reaksiya vermirdi. Mətbəxə qaçdım,əlimə ət doğramaq üçün istifadə olunan balaca balta keçdi. Ağlayırdım. Sonra yenidən otağa girərək dostumu öldürdüm. Baltanıda götürərək polisə gedib təslim oldum. Artıq məni həbs etməkləri,hətta edam belə etsəydilər vecimə deyildi. Mənə ömürlük həbs verdilər. Çünki dostumun ailəsi çox güclü idilər və mənim burada ömürlük qalmağım üçün əllərindən gələni edirdilər. Sonra bir gün mənə məktub gəldi. Digər bir dostum yazmışdı məktubu. Əslində olanların o öldürdüyüm dostum üzündən olduğunu,qızın evinə gedərək mənin göndərdiyimi və onu aparmağa gəldiyini deməsi,sonra isə dərman verərək onu yatırıb onla yatması. Qız hələdə yazır. Səndən son bir xaişim olacaq. Bu paketi o qızı taparaq ona ver. Mənim göndərdiyimi de. İçində bizə aid bir şey və bir məktub var. Adresdə yazılıdı. Gözləri dolmuşdu,ancaq ağlamamaq üçün özümü güclə saxlayırdım. Evə gəldim səhəri gün qızın adresinə getdim qapını bir qadın açdı. Ona Ayselin bu mənzildə yaşayıb yaşamadığını soruşdum. Oda qəribə nəzərlərlə Mənəm dedi. Paketi ona verdim və oradan uzaqlaşdım. 2 gün sonra Həbsxanaya Samirin yanına getdim deyəm ki paketi vermişəm. Gedəndə içəridəki tanışlarımdan birinin mənim oradan ayrıldığım gün Samirin biləklərini kəsərək intihar etdiyini dedi...

Hiç yorum yok:

Yorum Gönder