2 Kasım 2016 Çarşamba

Malakan Qaqası ( Elmi Məqalə )



Dünya dəyişir, elm inkişaf edir; bir çox sahədə bir çox ixtira edilir, ancaq cahillik də boş dayanmır. Xüsusilə geridə qalmış ölkələr, cahilliyin tərifini başdan yazmaq mövzusunda sanki sərhəd tanımır və heç kimə aman vermir. Eynilə yaxşılıq və pislik kimi biri irəliləyərkən, digəri boş dayanmır ...

Yaxşı cahillik bir şey ortaya çıxara bilər mi? Çox da çıxarar. Buyurun sizə çıxardıqlarından yeni bir növ; üstəlik bu cins bizim coğrafiyamızda da mövcuddur. Adı: Malakan Qaqası ...

Bu təbir ictimai mediada ilk istifadə edildiyi gündən bu yana böyük rəğbət gördü. Çünki tam yerində bir təsbit idi. Xüsusilə son illərdə daha nəzərə çarpan bir şəkildə müşahidə üçün, adını təyin etmək zaman aldı. Yoxsa onlar əzəldən bəri var idi əslində, indi artıq bir adları var və diaqnoz edildilər.


Yaxşı kimdir Malakan Qaqası, necə bir tipdir, nə xüsusiyyətlərə malikdir və nələr edər bir az tanıyaq:

1- Əvvəlcə bilmədiyini bilməyəndir. Məlumat sahibi olmadan fikir sahibi olandır.

2- Özündən başqa kimsənin, nə fikri, nə də canı əhəmiyyətlidir onun üçün

3- Pul üçün ruhunu satar, bədənini saymıram belə ...

4- Heç bir mövzuda elmə inanmaz. Elmi "allahsız" işi olaraq görər. Amma hər mövzuda söyləyəcək bir sözü var.

5- "Vorzakonluq" etməyi çox sevər. "Vorzakonluq" edəni, gücü çatırsa döyər; çatmırsa onu ilahlaşdırar ...

6- Namus, əxlaq, din, iman dilindən düşməz; elə ki hər mühitdə bundan mövzu açmağa çalışır; aça bilmirsə açana qədər üstünə gedər (onsuz da üstünə getmək təkrarlanan bir xüsusiyyətidir). Lakin bu qədər din, iman düşgünü olduğu halda, küçədəki qadına söz atmaqdan, təcavüz etməkdən geri qalmaz ...

7- Atış gəlmədən, hiyləgərlik etməyə çalışmadan, vəsaitdən öğurlamadan, hər kəsə faydası olan bir iş etsə əsla təmin olmaz. Mütləq bəzilərini "loxlayacaq", mütləq bəzilərini aşağı çəkməyə çalışacaq, mütləq "necə loxladım ala, gördün?" havalarına girəcək!

8- Öz dönəkliyinin hər kəsdə olduğunu və hər kəsin özü kimi pis olduğunu düşünən Malakan Qaqası, heç kimlə gerçək mənada dostluq əlaqəsi qurmaz. Çıxarının olduğu adam dostu, olmadığı adam düşmənidir.

9- Əsla sıraya girməzlər. Davamlı bir yolu tapıb araya girmənin dərdindədirlər.

10- Pintidirlər və kömək etmə alışqlıqanları yoxdur. Birinə sözdə, "Sən mənim qardaşımsan, helə söz olar" demişdilərsə; mütləq irəlidə bundan faydalanmaq, etdikləri yaxşılığın qarşılığını almaq üçündür.

11- İçkinin haram olduğuna inanır, içər. Qumarın haram olduğuna inanır, oynayar. Xəyanətin ən böyük cinayət olduğuna inanır; sevgilisi ya da həyat yoldaşı ayrılmaq istəsə öldürür, özü istədiyi qadınla yoldaşını ya da sevgilisini aldadar, xəyanət edər.

12- İncəsənət dedin mi, ağılına bir tək televiziya serialları və köhnə hollywood filmlərindəki sevişmə səhnələri gəlir. "Lazım olsa sənət üçün soyunular" deyə heyvani səslər çıxararaq gülər.

13- Cinsi arzularını basdıra bilmədiyi zaman, kola butulkasına belə təcavüz edər.

14- Gözəl şeylər edən, köməksevər insanları "lox" olaraq görür.

15- Harada necə davranılır deyə düşünməz, hətta heç düşünməz; ən əhəmiyyətlisi düşünməz.

Siyahı uzanar gedər, əminəm sizin də vardır bu növlə əlaqədar düşüncələriniz. Qətiyyən məqsəd Azərbaycan insanını pisləmək deyil, bağrından Mübariz İbrahimov kimi Albert Aquranov və bir çox dəyərli insan çıxarmış bir cəmiyyətin qarşılığı əsla bu növdə insanlarla xatırlanmaq olmaz, olmamalıdır; ancaq səhvlərimizi, problemli tərəflərimizi bilməz və danışmazsaq da bir yerə çata bilməyəcəyimiz açıqdır ...

Hiç yorum yok:

Yorum Gönder