29 Nisan 2016 Cuma

Şəhid Anası ( Real Həyatdan )



Bu gün şəhərə gələndə Metroya mindim Neftçilərdə. Sonra həmişəki kimi kitabımı açdım, qulaqcıqları taxdım və başladım oxumağa. Qulaqcıqda Tu Silencio Bebe əlimdə isə Xalid Hüseyninin "Və Dağlardan səda gəldi" kitabı. Musiqi və kitab bir birinə çox uyğun idi. Elə ona görədə heçnəyə, heçkimə fikir verə bilmirdim. Birdən birə bir yaşlı Qadın Önümdə dizlərini yerə qoydu və ağlayaraq dizlərimi qucaqlayıb Oğlum deyə hıçqıraraq ağlayırdı. Bir anlıq nə olduğunu başa düşmədim və ətrafıma baxdım bir qız və bir oğlan o yaşlı qadını qaldırmağa çalışırdı. Özümü topladım və Xala xaiş edirəm ayağa qalxın dedim. Gözlərimin içinə baxdı bir an. Həyatımda heç vaxt yaşamadığım bir hissi yaşadım. Nə olduğunu, necə olduğunu anlada bilməyəcəyim, anlatmağa sözlərin, kəlimələrin, cümlələrin yetərsiz qaldığı bir hiss. Əslində nə olduğunu anlamamışdım. Hər kəs bizə baxır, sanki məni qınayırdı ama nə olduğunu, nə baş verdiyini anlamamışdım. Durduq yerə, heç anlamadığım bir şeyə, heç tanımadığım birinə görə gözlərim dolmuşdu. Nə olduğunu anlamağa çalışırdım ki, ayağa qalxan o Yaşlı Qadın təkrardan boynuma sarılaraq Oğlum deyə ağladı. Qatar dayandığı üçün təklif elədim ki, qatardan çıxaq və su falan içsin. Qəbul elədi və Nərimanovda qatardan enərək yuxarı çıxdıq. Sonra biryerdə oturduq. O, mən və bir gənc qızla, oğlan. Sonra mənə hər şeyi danışdılar. Bu Qadın Şəhid anasıdır və 72 yaşı var. Oğlu 22 yaşında Qarabağda Şəhid olub. Adını dedi ama yadımda qalmadı. Sonra mənim onun oğluna çox oxşadığımı, ona görə özünü tuta bilmədiyini dedi. Qız və Oğlan isə nəvələridir. Qızın 18 oğlanın isə 19 yaşları vardı. Daha sonra bir xeyli söhbətləşdik. Əslən Gəncəli olduqlarını, anaları qızın doğumunda öldüyünü dedilər. Yaşlı qadın isə elə gözəl baxırdı ki, öz anamda gördüyüm baxışı gördüm onda. Sonra isə qadın mənə cibindən bir şəkil çıxardıb göstərdi. O Şəhid olan oğlunun şəklini. Həqiqətən mənə çox oxşayırdı. Nə deyəcəyimi bilmədim, tam söz axtarırdım ki Qadın mənə: Oğlum Bakıya gələndə mütləq mənlə yenə görüş. Çünki sən oğluma çox oxşayırsan. Onun kimi qoxur, onun kimi gülür və danışırsan. Xalaya söz verdim Bakıya hər gələndə görüşəcəyimə. Sonra isə nömrəmi aldı və sağollaşıb ayrıldıq amma hələdə o içimdəki qəribə hiss qalıb.

Hiç yorum yok:

Yorum Gönder