2012 ci ildə Türkiyəyə ilk dəfə idi gedirdim. Tələbə yataqxanasında qalırdım. Yataqxanamız şəhərə uzaq olduğu üçün 2 həftədə bir ancaq çıxa bilirdim gəzməyə. Bir dəfə çıxanda alışveriş mərkəzlərindən birinin qabağında ayaqqabı təmizliyi ilə məşğul olan, yaraşıqlı və mənim yaşlarda bir oğlanla tanış oldum. Çox səmimi söhbət edirdi deyə onu ərtəsi gün çaya dəvət etdim. İlk öncə qəbul etmirdi ancaq mən ısrar edəndən sonra qəbul etdi və görüş vaxtı ilə, yerini təyin etdik. Bir dostunuda gətirmək istədiyini dedi məndə olar deyə onayladım. Görüş saatı təyin edilən yerdə bununla görüşdük, dostuda özü kimi yaraşıqlı və mədəni biri idi. Kahve Sarayında oturduq və kofe sifariş etdik. Söhbətimiz elə burada başladı. Haralı olduğunu və.s haqqında soruşdum. Oda Atasının Mesxeti Türkü anasının isə Azərbaycan Yahudilərindən olduğunu dedi. Məndə Azərbaycanlı olduğumu bildirəndə gözləri parıldadı,uşaq kimi həyacanlandı. Bu uşaq 19 yaşında idi adı isə Musa. Musa Türkiyədə İstanbulda doğulub böyümüşdü, dostu Həsən isə Əslən Trabzonlu idi. Söhbət əsnasında İkisinində ana və atasının öldüyünü, ayaqqabı boyayaraq keçimlərini sağladıqlarını öyrəndim. Uşaqlıqdan bir yerdə böyümüşdülər. Musanın ana və atası normal imkanı olan bir ailə imiş və Həsən gillə bir məhlədə qalırmışlar. Anası və atası avtomobil qəzasında dünyasını dəyişmişdi. Musa o vaxtı 14 yaşında imiş və kiçik yaralarla bu qəzadan sağ çıxmışdı(başındakı yaranı mənə göstərir). Deyir mən həyatımı çox danışmağı sevən insan deyiləm. Çünki ondan insanların mənə yazığı gəlir,mənsə bunu heçvaxt istəmirəm. Ancaq sənə niyə danışıram bilmirəm, bəlkədə doğma gəlirsən mənə 1 gündü tanımağıma baxmayaraq ona görədi. Musanın ailəsi öləndən sonra Həsənin ailəsi Musanı övladlıq götürüb. Daha sonra isə Həsənin atasını həbs ediblər və içəridə dünyasını dəyişib. Anası isə Atasının ölümündən 1 həftə sonra infakt keçirərək ölüb. Bu iki uşaq qalıb tək tənha. Deyir heç bir qohumum yaxın gəlmir bizə. Musa isə heç bir qohumunu tanımır. Bunlarla çoxlu söhbət elədik hətta 2 gün sonra məni öz evlərinə dəvət etdilər. Həftəliyim təzə gəlmişdi. Mağazaya girərək 2 setka ərzaq aldım. Bir neçə paketdə siqaret və getdim bunlara. Məni həmən Avm nin qabağında qarşıladılar və evlərinə apardılar. Evdə tam olaraq nəyib olub,nəyin olmadığınə bilmədiyim üçün ən vacib ərzaqları almışdım. Ev türklərin gecekondu olaraq təbir etdiyi 2 otaqlı 1 mərtəbəli və köhnə bir ev idi. İçəri girəndə gözümə ilk olaraq 2 kompyuter ilişdi. Biraz köhnə olsalarda yaxşı vəziyyətdə idilər. Açığı birinci mənə qəribə gəldi ki, imkanı bu qədər zəif olan uşaqlar necə komp alıblar. Musa sanki anlamışdı çünki gözümü kompdan ayırmırdım. Gülərək bizi fırıldaqçı zənn elədiyini bilirəm ama helə deyil abi dedi. O kompyuteri pul yığaraq 3 ilə almışıq. Səbəbini soruşdum oda kompyuteri çox sevdiyini, onunla pul qazanmaq niyyətində olduğunu dedi. Gülərək sənə kömək edə bilərəm dedim və kompun başına keçdim. Ona bir iki dizayn programı və dərslikləri yüklədim. Deyir aylıq qazancımızın çox hissəsini internetə veririk. Sonra oturub yenə söhbətləşdik və mənə məktəbi atdığın, biraz daha çox pul qazanmaq üçün bəzən gecələr belə işlədiyini dedi. Həsən çox danışmazdı sadəcə susar lazımı yerdə bir iki kəlmə deyər və yenə susardı. 2 ilə yaxın dostluğumuz davam etdi ikisi ilədə. Get gəllər falan. Sonra bunların ikisidə yoxa çıxdı. Evlərində isə başqa adamlar qalırdı. Dünən gecə qarşıma həsənin digər bir dostunun profili çıxdı. Ondan Həsənin nömrəsini istədim xarici bir kodla nömrə verdi mənə. Kodu axtaranda Almanyaya məxsus olduğunu gördüm və buna mesaj yazdım. Mesajda mən olduğumu demişdim. Sabah günorta başqa bir nömrədən zəng gəldi. Danışan Həsən idi. 1 saatdan çox danışdıq və tez tez ona Musa ilə bağlı suallar verirdim. Necədir?neyləyir?. O isə başqa mövzuya keçirdi. Axırda mənə Musa haqqında danışmağa başladı. O vaxtı biz bir nəfər tapmışdıq. Bizi bir miqdar pul qarşılığında Almanyaya apara biləcəyini dedi. Əlimizdəki hər şeyi satıb ona verdik. Gün gəlib çatdı və biz dənizlə Yunanıstana ordan isə Almanyaya getdik. Dil bilmir, heçkəsi tanımırdıq. Əlimizdə isə çox az pul qalmışdı. Küçələrdə yatırdıq ki Zatən Türkiyədə buna öyrəşmişdik. Sonra Musa bir şirkətdə dizayn işi tapdı, mənidə yanına götürdü. Çox yaxşı pullar qazanırdıq. Hətta şirkət bizə tərcüməçi belə vermişdi. Ev,maşın hər şey almışdıq bir neçə ay ərzində. Bir gün Musa mənə artıq öz şirkətimizi qurmalıyıq dedi. Şirkətin bütün sənəd işlərini həll etdik və bir ay sonra artıq işə başlamışdıq. Əvvəlkindən daha çox pul qazanırdıq. Musa bir qıza aşiq olmuşdu. Türk idi qız. Həm çox kübar,mədəniyyətli və gözəl idi. Atası çox imkanlı idi. Təkcə berlində 4 mağazaları vardı. Musa ilə bir birlərini dəlilər kimi sevirdilər. Çox keçmədi ki toy oldu. Daha sonra isə bir qızları oldu. Adını Adelina qoymuşdular. Musa bir gün mənə gələrək işləri böyütmək istədiyini və bunun üçün Amerikaya getməli olduğunu dedi. Tamam gedək deyəndə isə,yox sən burda işlərin başında qalmalısan. Səndən başqa heçkəsə güvənə bilmərəm dedi. Bu Musayla tanışlığımızdan bəri ilk ayrılıq olacaqdı. İçimdə qəribə bir narahatlıq var idi. Yaxşı, sən get ama oralarda diqqətli ol,işləri yoluna qoy və tez qayıt dedim ona. Oda gülərək narahat olma qardaşım ölüm bizi ayırana qədər heç kəs bizi ayıra bilməz deyərək cavab verdi. Musa Amerikaya getdi 1 həftəlik. Bütün günü danışırdıq.Axırıncı danışığımızda, İşlərin yolunda olduğunu və sabah qayıdacağını dedi. Uşaq kimi sevindim. Axı o mənim bu həyatdakı tək varlığım idi. 1 həftəlik getməsinə baxmayaraq çox darıxmışdım. Səhəri gün havalimanına onu qarşılamağa getdim. Gözlədim,gözlədim ancaq nə Musa gəlmişdi nədə ondan bir xəbər var idi. Birdən yoldaşı Fatma mənə zəng vuraraq tez onlara gəlməyimi dedi. Ağlayırdı Musaya nəsə olduğunu anlamışdım. Avtomobilə minərək onlara gedirdim. Evə çatanda qışqırıq və ağlama səsləri eşitdim. Qapı açıq idi və tez içəri girdim. Fatma məni gördüyü kimi boynumdan qucaqlayaraq ağlamağa başladı. Nə olub axı? Dedim o isə heçnə demir,sadəcə ağlayırdı. Birdən gözüm televizora sataşdı. Xəbərlərdə küncdə Musanın şəkli və yanmış bir maşın göstərirdilər. Bir anlıq dondum və dizlərimin üstünə çökdüm. Qəbullana bilmirdim. Alt yazıda Musanın yüksək sürətlə ağaca çırpıldığı və maşının yanaraq içində öldüyü yazılıydı. Ölüsü gəldi 2 gün sonra.Burada Almanyada dəfn etdik tam bir il əvvəl.1 həftə Sonra Fatma mənə Musanın çəkməcəsində bir zərf tapdığını və məninəm adımın yazıldığını dedi. Zərfi mənə uzatdı aldım və oxudum. Məktubda bütün sərvətinin ona nəsə olarsa mən və ailəsi arasında bərabər bölünməsini yazmışdı. Bax belə dostum,Musa artıq yoxdu...
Hiç yorum yok:
Yorum Gönder