9 Ocak 2017 Pazartesi

SİSTEMİ DƏYİŞ!


Cəmiyyətin və ölkənin ən böyük problemidir sistem. Hər kəs narazıdır ancaq heç kim dəyişmək üçün cəhd etmir. Hər kəs bir şeylərdən narazıdır: Kimi deyir ki rüşvət var verə bilmirəm, kimi deyir yoxsulluq baş alıb gedir, kimi deyir məmurlar at oynadır, kimi deyir varlılar aşağı təbəqəni əzir. Ancaq heç kəs bunu dəyişdirmək üçün çalışmır. Düzdür bu çox asand həll ediləcək vəya qısa müddətdə başa çıxılacaq bir problem deyil. Ancaq dünyada həll etməsi mümkün olan problemlərdəndir. Problemin başlıca səbəbi savadsızlıq, cahillik, xürafat, tənbəllik və qorxudur. Şah Rza Pəhləvi dönəmində hər kəs bir birindən qorxurdu. Çünki sistem hər kəsi qorxu altında yaşadaraq onların qorxusundan bəslənirdi. SAVAK. Bəli Şahın xüsusi imtiyazlara sahip və sadəcə Şaha bağlı kəşfiyyat orqanı. Hər kəs bir birinin SAVAK agenti olmağından şüphələnir, biraz cürətkar danışan insanlardan qaçırdı. Çünki bu alqını yaratmışdılar. Hər kəs SAVAK`a işləyir düşüncəsiylə insanların beyninə və ürəyinə qorxu salmışdılar. Ancaq nə oldu? Şah devrildi, SAVAKın generalları edam edildi. Günümüz Azərbaycanı nə yazıq ki Şah dönəminin İranı ilə eynidir. Riçard Kapuşinskinin yazdığı və Rəşadət Axundovun tərcümə etdiyi ŞAHƏNŞAH kitabını oxusanız nə demək istədiyimi çox yaxşı başa düşəcəksiniz. Şah ölkədəki tələbələrdən və oxuyan insanlardan qorxurdu. Ona görə ölkədə universitetlər inkişaf etməmiş və tələbəyə heç bir şey öyrətmirdi. Şah lazımı işçiləri Koreyadan, Fransadan, Yunanıstandan, Pakistandan gətirir və beləliklə insanların cahil qalmasını təmin edirdi. Şah yeni binalar tikir, parklar salırdı ki baxın biz "inkişaf" edirik. Ancaq dövlət büdcəsinin və gəlirlərinin çoxu orduya ayrılırdı. Çünki Şahın yeganə dəstəyi ordu və yaltaq məmurları idi. Bəs yaxşı bu sistemi dəyişmək üçün nə etmək lazımdır? Oxumaq, oxumaq və yenə oxumaq. Bacardığınız qədər ətrafınızdakı insanları marifləndirmək, onları kitab oxumağa, sorğulamağa, haqqını tələb etməyə çağırış etmək lazımdır. Hakimiyyəti ələ keçirmək üçün inqilab etmək ancaq bu inqilabın açarının da Elm və Savad olduğunu unutmamaq lazımdır. Bacardığımız qədər polisə, hərbiyə, universitetlərə, dövlət idarələrinə işə düzəlmək. Orada yüksəlmək və vəzifəyə gəlmək lazımdır. Bu gün oxuyub sabah vəkil, millət vəkili, müəllim, polis rəisi, rektor, direktor, general olmaq lazımdır. Beləliklə siz sistemə girmiş və onu kökündən dəyişdirmiş olacaqsınız. Sistem özünü toparlaya bilməz. Çünki o heç vaxt yaradıcı qüvvə olmayıb və kimlərinsə əli ilə idarə olunur. Bunun üçün bu gün siz elmə yönəlməli, uğurlar qazanmalı və ölkənin onurğa sütunu olmalısınız. Bu zaman siz rüşvəti ortadan qaldırar, haqqsızlıq edənlərə lazımi cəzanı verər, onları işdən uzaqlaşdırar və öz kollektivinizi oraya yerləşdirə bilərsiniz. Bunun sayəsində ölkə tam anlamı ilə demokratiya ilə idarə edilə bilər. Çünki artıq güc sizdədir və siz öz sözünüzü deməyi bacarırsınız. Bu gün siz sadəcə kafelərdə, publarda ola bilərsiniz. Ancaq sabah siz yüksəkdə olmalı və xalqın sözüylə hərəkət etməlisiniz. Öz uşaqlarınız üçün, ölkənin gələcəyi üçün buna çalışmalısınız. Hər sıxıntıda ölkədən qaçmaq asand işdir. Çətin olan isə qalıb onu düzəltməkdir. Siz bu gün qorxa bilər, zəif olduğunuzu düşünə bilərsiniz. Ancaq Elmlə siz içinizdəki qorxunu silər, sabah daha yüksək bir yerdə vəzifədə olub bu ölkəni düzəldə bilərsiniz. Gələcəyi olmayan cəmiyyətin, gələcək arzusunu reallaşdıra bilərsiniz. Buna əmin olun. Ancaq içinizdəki qorxu və basqıları silərək siz buna nail ola biləcəksiniz. Hər ölkə onun xalqınındır. Heç bir fərdin şəxsi mülkü deyil. Sistemin qulu olmayın, qorxmayın və sonu nə olursa olsun sona qədər mübarizə aparın.

Hiç yorum yok:

Yorum Gönder